İfritələrin bayramı bizə neçəyə başa gəlir? - Video

İfritələrin bayramı bizə neçəyə başa gəlir? - Video Hər il dünyanın bir çox ölkəsində, xüsusilə də Qərbdə oktyabrın 31-i “Halloween”, yəni cadugərlər (ifritələr) bayramı kimi qeyd olunur. Əvvəllər sözügedən gün ölkəmizdə hər hansı bir əhəmiyyət daşımasa da, son bir neçə ildə bayrama maraq artıb. Artıq klublarla yanaşı əyləncə mərkəzlərində, ticarət obyektlərində tədbirlər keçirilməyə başlanılıb. Hətta Novuz və Yeni il bayramı kimi bu günü qeyd edən məktəblər də var. Bayram münasibəti ilə uşaqlar xüsusi bəzədilir, onlar üçün geyimlər alınır.
Bəs cadugərlər gününə hazırlıq ailələr üçün neçəyə başa gəlir?
Mövsüm dəyişikliyi kimi qeyd olunan cadugərlər gününün kökü Britaniyada yaşayan peqan Keltlərindən gəlir. Həmin gün ruhların, pərilərin, iblislərin evlərdə dolaşdığını düşünən yerli əhali tanınmamaq üçün müxtəlif kostyumlar geyinirdi. Və beləliklə daha sonra da insanlar bayram ərəfəsində müxtəlif obrazlara bürünməyə başlayıb.
Hazırda daha çox uşaqların marağını çəkən bu bayrama hazırlıq üçün fərqli geyim, aksesuarlardan istifadə olunur, üzlər xüsusi bəzədilir ki, bu da heç də az xərc tələb etmir.
Paytaxtda “Halloween” geyim və aksesuarlarının satışını təşkil edən bir neçə mağazada olduq. Mağaza əməkdaşları etiraf edib ki, həqiqətən də bu il bayramla bağlı geyimlərlə maraqlananların sayında xeyli artım var. Bu səbəbdən də çeşidliliyə xüsusi önəm verilib.
Ümumi qiymətlərə gəldikdə isə geyimlər 20 manatdan 300 manata kimi dəyişir. Geyimi daha qabarıq və gözəçarpan etmək üçün istifadə olunan aksesuarların qiyməti isə 3-150 manat arasında dəyişir.
Hətta geyimlərə 15% endirim və ya 60 manatdan yuxarı alış-verişlərə 3 manat dekorasiya təklif edən mağazalar da var.
Ticarət mərkəzlərində 5-7 yaş arasındakı uşaqlara təklif olunan libasların qiyməti isə 39-69 manat aralığında dəyişir.
Aksesuarlara nəzər saldıqda isə, maskalar 1-20 manat aralığında, papaqlar və saç aksesuarları isə 3-35 manat arasında dəyişir.



Tehsil-press.az

Oxşar xəbərlər