
Universitetin foyesində Azərbaycanın milli adət-ənələrinə uyğun, duz-çörəklə qarşılanan qonaqlar BSU tələbələrinin hazırladığı konsert proqramına tamaşa ediblər. Tədbirdə Belarus milli rəqsi “Kupalinka” nümayiş olunub, S.Vurğunun “Azərbaycan” şeiri həm Azərbaycan dilində, həm də Maksim Tankın tərcüməsində Belarus dilində səsləndirilib. Ttələbələrin ifasında İqor Timakovun “Belaya, belaya rus” və BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdi Aysel Məmmədovanın ifasında “Sarı gəlin” mahnısı dinlənilib. Sonda BSU-nun “Arzu” rəqs ansamblının hazırladığı Azərbaycan xalq rəqsi təqdim olunub.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyət mərkəzində olmuş, burada Belarus xalqının keçdiyi tarixi yol, Azərbaycan-Belarus əlaqələrinin inkişaf mərhələləri, milli-etnoqrrafik xüsusiyyətləri əks etdirən slaydlara tamaşa etmişlər.
Tədbir dəyirmi masa ilə davam edib. Dəyirmi masada Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva BSU-nun Belarus ali məktəbləri ilə əməkdaşlığının bu günkü vəziyyəti və perspektivləri barədə geniş məruzə ilə çıxış etmiş, xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlərdən söhbət açmışdır. O, Azərbaycanın Belarus Respublikası ilə əlaqələrinin tarixinə nəzər salaraq hər iki ölkənin bütün zamanlarda qarışılıqlı etimad və etibara əsaslanan əməkdaşlığı barədə tarixi faktlar səsləndirib. Rektor Sovet İttifaqı dağıldıqdan sonra
Azərbaycan Respublikasının Belarus ilə Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunduğunu, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində hər iki keçmiş sovet respublikasının müstəqil dövlət kimi bir-birinə daha da yaxınlaşdığını bildirib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vaxtilə BSU-da olduğunu, universitet tələbələri ilə görüşdüyünü xatırladaraq, hazırda BSU-da Belarus mərkəzinin, Belarusun bir çox univesitetlərində isə Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini vurğulayıb. N.Əliyeva bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyevin yürütdüyü xarici siyasətin ölkələrimiz arasında dostluq və əməkdaşlığın genişlənməsinə yönəldiyini qeyd edib.
Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Aleksandr Juk “Belarus və Azərbaycan dilləri Belarus və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi faktoru kimi” adlı məruzə ilə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin bundan sonra daha intensiv xarakter alacağını deyib. Rektor çıxışında universitetlər arasında müəllim-tələbə mübadiləsinin, birgə elmi-pedoqoji layihələrin həyata keçirilməsi barədə məlumat verib. A.Juk həmçinin BDPU-da çalışan Azərbaycanlı alimlərin fəaliyyətinə yüksək dəyər verib.
Sonra tədbirdə P.O.Suxoy adına Qomel Dövlət Universitetinin prorektoru Aleksandr Sıçev “Elmi tədqiqatların beynəlmiləlləşdirilməsi”, Fransisko Skorin adına Qomel Dövlət Universitetinin prorektoru Yuriy Nikityuk “Fransiska Skorin adına Qomel Dövlət Universitetinin nümunəsində ali təhsilin beynəlmiləlləşməsi kontekstində fasiləsiz təhsil”, BSU-nun prorektoru Telman Cəfərov “Azərbaycan-Belarus ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi və inteqrasiyası prosesinin imkanları”, Yanki Kupala adına Qrodnensk Dövlət Univesitetinin prorektoru Yuriy Belıx “Təhsil müəssisələrində xarici tələbələrin adaptasiyası”, BSU-nun multikulturalizm kafedrasının müəllimi Maya Cəfərquliyeva “Multikulturalizm Azərbaycanın ali təhsil müəssisələrində tədris prosesinin komponenti kimi” və s. məruzələrlə çıxış ediblər.
BSU-nun müəllimi, professor Rəhilə Quliyeva Azərbaycan-Belarus xalqlarının ümumi milli-mənəvi dəyərlərindən danışaraq, birləşdirici ortaq cəhətlərdən biri kimi hər iki xalqın baharla bağlı bayramlarının analoji xüsusiyyətləri barədə məlumat verib.
Tədbirin sonunda Bakı Slavyan Universiteti və Maksim Tank adına Belarus Dövlət Pedoqoji Universiteti arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.
BSU-nun Mətbuat xidməti



