Rektor idmançı tələbəni mükafatlandırıb

Rektor idmançı tələbəni mükafatlandırıb Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan İlkin Bəhramov Kikboksinq İdman növü üzrə son bir ildə 8 dəfə Respublika, 2 dəfə beynəlxalq səviyyəli yarışların qalibi olub. O, eyni zamanda Dünya və Avrasiya çempionatlarının qalibi olmaqla yanaşı həmin çempionatların kəmərinə də sahib çıxıb.
Universitetin rektoru, professor Havar Məmmədov nailiyyətləri münasibəti ilə İlkin Bəhramovu və onun valideynini qəbul edib. Möhtərəm prezidentimiz İlham Əliyevin gənclərə və idmana olan diqqət qayğısından, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından danışıb. Rektor qeyd edib ki, Bakı Mühəndislik Universitetində tələbələrin yüksək səviyyədə təhsil almaları ilə yanaşı onların idman, incəsənət və sosial fəaliyyətlərlə də məşğuliyyəti üçün hər cür şərait yaradılıb. Tələbələrimizin uğurları bizi sevindirir.
İlkin Bəhramovun valideyni Ülvi Bəhramov universitetdə yüksək səviyyəli təhsil mühitinə və övladının beynəlxalq yarışlarda iştirakına şərait yaradılmasına görə professor Havar Məmmədova təşəkkür edib.
Sonda rektor Havar Məmmədov İlkin Bayramova uğurları münasibətilə universitetin fəxri fərmanını və mükafatını təqdim edib.

BMU-nun Mətbuat Xidməti


Rektor idmançı tələbəni mükafatlandırıb


Rektor idmançı tələbəni mükafatlandırıb

Oxşar xəbərlər