BMU-da Makers’ DAYS tədbiri sona çatıb

BMU-da Makers’ DAYS tədbiri sona çatıb Bakı Mühəndislik Universitetində tələbələrdən ibarət “ProgElectro” komandası tərəfindən təşkil olunan “Makers’ DAYS” tədbirinin ikinci günü keçirilib. Tədbirin birinci günündən fərqli olaraq ikinci günündə məruzələrlə yanaşı məruzəçilərin iştirakı ilə “ Əşyaların İnterneti ” panel və “Xətt izləyən” robot yarışması keçirilib.
İlk öncə Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov universitetin foyesində təşkil olunan Robot sərgisində iştirak edib, yarışda iştirak edən robotlarla yaxından tanış olub.
“Xətt izləyən” Robot yarışmasına 4 komanda qatılıb. Komandaların ikisinə Bakı Mühəndislik Universitetinin tələbələri Elvin Ağammədzadə və Orxan Məmmədli, Bakı şəhər 310 saylı məktəbin 10-cü sinif şagirdi Fətullayev Cəlal və Bakı şəhər A.S. Makarenko adına fənlər gimnaziyasının şagirdi Yusif Abdullayev rəhbərlik edib. Komandaların hazırladıqları robotlar müəyyən edilmiş qaydalar çərçivəsində yarışıblar.
Qeyd edək ki, yarışda iştirak edən robotlar elmi və praktiki baxımdan yüksək səviyyədə hazırlanmışdır. Yarış zamanı gərgin keçən mübarizədən də onların funksionallıqları aydın şəkildə görünürdü.
Yarışın qalibi Bakı Mühəndislik Universitetinin tələbəsi Orxan Məmmədovun rəhbərlik etdiyi komandanın hazırladığı xətt izləyən robot seçilib. Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib. Layihə və yarışmaların qaliblərinə universitet və sponsor şirkətlər tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Tədbirin təşkilatçısı olan “ProgElectro” komandası ölkəmizdə Robotika sənayesinin inkişafını və gənclərin bu sahəyə diqqətini çəkmək məqsədi ilə təşkil etdikləri tədbir yüksək səviyyədə təşkil olunması və tanınmış məruzəçilərin iştirakı ilə diqqət çəkib. Mükafatlandırma zamanı çıxış edən natiqlərdə bu kimi amilləri xüsusi vurğulayıb, təşkilatçılar və məruzəçilər universitetin rektoru professor Havar Məmmədova göstərdiyi diqqətə görə təşəkkür ediblər.

BMU-nun Mətbuat Xidməti

BMU-da Makers’ DAYS tədbiri sona çatıbBMU-da Makers’ DAYS tədbiri sona çatıb


Oxşar xəbərlər