BMU-nun rektoru Havar Məmmədov universitetin Mühasibat uçotu son kurs tələbəsi Fəqan Məmmədzadəni təbrik edib

BMU-nun rektoru Havar Məmmədov universitetin Mühasibat uçotu son kurs tələbəsi Fəqan Məmmədzadəni təbrik edib Fəqan Məmmədzadə ACCA F7 Financial Reporting üzrə Azərbaycanda 1. Dünya üzrə 8. yeri tutub. Rektorluqda görüşün məqsədi universitetin tələbələrinin qürur verici yerlərdən layiqli yer tutmalarıdır. Rektor tədbirdə iştirak edən universitetin İqtisadiyyat fakültəsinin dekanı Yaşar Etibarlıya öz təşəkürünü bildirib.
Qeyd edək ki, İngilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən IELTS və TOEFL sertifikatları olduğu kimi Mühasibat uçotu sahəsində də mühasibat uçotu biliyini beynəlxalq səviyyədə təsdiq edən analoji ACCA və CİMA sertifikatları mövcuddur. Hazırda dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da daha geniş yayılmış və qəbul edilən ACCA-dir. ACCA 9 F və 4 P, ümumilikdə 14 imtahandan ibarət olmaqla 2 mərhələdən ibarətdir. Bütün bu imtahanları uğurla keçmiş şəxslər ACCA-yə üzv olaraq qeydə alınırlar və beynəlxalq səviyyədə istinad edilən ixtisaslı mühasiblərə çevrilirlər.

BMU-nun Mətbuat xidməti


BMU-nun rektoru Havar Məmmədov universitetin Mühasibat uçotu son kurs tələbəsi Fəqan Məmmədzadəni təbrik edibBMU-nun rektoru Havar Məmmədov universitetin Mühasibat uçotu son kurs tələbəsi Fəqan Məmmədzadəni təbrik edib


Oxşar xəbərlər