ADDA peşəkar kadrların yetişdirilməsi istiqamətində işləri davam etdirir

ADDA peşəkar kadrların yetişdirilməsi istiqamətində işləri davam etdirir Bu gün ölkə başçısının peşəkar kadrların yetişdirilməsinə, təhsilin müasirləşməsinə yönələn siyasəti Azərbaycan Dövlət Dəniz Akademiyasının da prioritet istiqamətlərindən biridir. Hər sahədə olduğu kimi, Xəzər Dəniz Gəmiçiliyinin də daim yüksək ixtisaslı insan resurslarına ehtiyacı var. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədri Rauf Vəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının Xəzər dəniz gəmiçiliyi üçün çox vacib bir kadr bazası olduğunu, Gəmiçiliyin gələcək idarəçilərinin məhz ADDA-da yetişdiyini, bu yolun nə qədər məsuliyyətli və şərəfli olduğunu qeyd edir.
Bu məsuliyyətli və şərəfli yolda - yüksəkixtisaslı, müasir dünyagörüşlü, peşəkar kadrların yetişdirilməsi istiqamətində böyük əmək sərf edən ADDA rəhbərliyi bugün nəinki ADDA-da təhsil alan tələbə gənclərimiz üçün geniş imkanlar yaradır, eləcə də, hər il ADDA-ya daxil olan tələbə kontingentinin təhsil göstəricilərinin yüksəldilməsi, onların ildən-ilə modernləşməsi istiqamətində də silsilə tədbirlər həyata keçirir:
Bu məqsədlə təbliğat vasitələri kimi ADDA-nın tanıtım plakatı, promo-videosu və prospekti hazırlanıb.
DİM-in 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanla bağlı “Abituriyent” jurnalında ADDA haqqında təbliğat xarakterli məlumat yerləşdirilərək xüsusi səhifə ayrılıb.
Yeni tədris ili üçün Azərbaycan Dövlət Dəniz Akademiyasına tələbə qəbulu prosesinə hazırlıq məqsədilə ənənəvi olaraq həm respublikanın müxtəlif regionlarında, həm də paytaxtda yerləşən orta məktəblərində təbliğat-tanıtım kampaniyası keçirilib və bu istiqamətdə işlər uğurla yekunlaşıb.
Belə ki, Akademiyanın təşəbbüsü ilə 2018/2019-cu tədris ili üzrə Azərbaycan Dövlət Dəniz Akademiyasına tələbə qəbulu kompaniyasına hazırlıq məqsədilə aşağıda göstərilən tərkibdən ibarət professor-müəllim heyəti qeyd olunan tarixdə müxtəlif rayon məktəblərinin X-XI sinif şagirdləri ilə görüşmək və onları Akademiya ilə tanış etmək məqsədilə ezam olunublar:
Əzimov Ədalət Ayaz oğlu “Dəniz naviqasiyası” kafedrası, Masallı , Fevral (20-24)
Qasımov Əlitaleh Yusif o. “Dəniz naviqasiyası” kafedrası, Sabirabad, Fevral (26-27)
Kərimov Seymur Eynulla o. “Dəniz naviqasiyası” kafedrası, Xaçmaz, 27 Fevral -2 Mart
Cəlilov Türyan Azər “Gəmi elektroavtomatikası” kafedrası, Qəbələ, Fevral (20-22)
Şıxıyev Alim Səyyaf o.“Gəmi elektroavtomatikası” kafedrası, Sumqayıt
Əlicanov Ruslan Ramiz “Gəmi elektroavtomatikası” kafedrası, Ağstafa
Abdullayeva Nazilə Bahəddin qızı İmran q. “Tətbiqi mexanika” kafedrası, Zaqatala, Fevral (20-22)
Bayramova Fəranə İmran q. “Tətbiqi mexanika” kafedrası, Şəmkir, Fevral (20-23)
Ağarzayev Bəhruz Kərimbala “Tətbiqi mexanika” kafedrası, Abşeron, Fevral (20-22)
Axundova Gülşən Ağasəf q.“Tətbiqi mexanika” kafedrası, Kürdəmir, Fevral (20-23)
Həşimov Elbrus Əfrasiyab “Humanitar fənlər”,Qəbələ, Fevral (20-23)
Paşayev Əmirxan Zahid o .“Humanitar fənlər”, Qazax, Fevral (20-23)
Məmmədov Hüseyn Ələkbər “ Gəmi energetik qurğuları”, Astara, Fevral (20-24)
Raxmanov Müqabil Xanoğlan “ Gəmi energetik qurğuları”, Lənkəran, Fevral (20-24)
Əsədov İmdadəli Elçin oğlu“ Gəmi energetik qurğuları”, Neftçala və Salyan, Fevral (20-23)
Babayev Hacı Mirzə oğlu“ Gəmi energetik qurğuları”, 39 №-li məktəb (Baki ş. Nərimanov r., 132,160 və 236 №-li məktəblər), Fevral (23-28)
Rzayev Məmməd Əjdər oğlu“ Gəmi energetik qurğuları”, Naxçıvan
Bu görüşlər məktəb direktorlarının yaxından iştirakı və köməkliyi ilə yüksək səviyyədə keçirilib. Akademiyanın professor-müəllim heyəti ezam olunduqları müvafiq rayon məktəblərində şagirdlərlə görüş zamanı Akademiyamızın tarixi, onun keçdiyi inkişaf yolu, burada təhsilin bugünkü səviyyəsi, üstünlükləri, tələbə-gənclər üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verərək onları gələcəkdə perspektivli karyera qurmaq üçün Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almağa dəvət ediblər.
Böyük maraq doğuran bu görüşlər zamanı şagirdlərin çoxsaylı sualları müəllimlərimiz tərəfindən hərtərəfli cavablandırılıb.
Təcrübə göstərir ki, bu sahədə aparılan təbliğat işinə böyük zərurət var. Direktor, müəllimlər, valideynlər və şagirdlərin Akademiyaya olan maraqları, onların gələcəkdə ADDA-nın tələbəsi olmaq arzularının yaranması və bu görüş üçün bizə dərin minnətdarlıqları buna əsas verir.
Bütün bunlar Azərbaycan Dövlət Dəniz Akademiyasının peşəkar kadrların yetişdirilməsinə, təhsilin müasirləşməsinə yönələn siyasətinin təsdiqidir.

Hikmət Əliyev


ADDA peşəkar kadrların yetişdirilməsi istiqamətində işləri davam etdirirADDA peşəkar kadrların yetişdirilməsi istiqamətində işləri davam etdirirADDA peşəkar kadrların yetişdirilməsi istiqamətində işləri davam etdirirADDA peşəkar kadrların yetişdirilməsi istiqamətində işləri davam etdirir

Oxşar xəbərlər