
Hesabatda qeyd olunur ki, Dəniz Akademiyası Azərbaycan elminin dənizçilik istiqaməti üzrə elmi mərkəzdir və bu sahədə elmi tədqiqatların aparılmasında, normativ sənədlərin işlənilməsində, elmi-pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır. Akademiya fəaliyyət göstərdiyi dövrdə təkçə respublikamiz üçün deyil, həmçinin bir çox xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislər və elmi kadrlar hazırlayıb, dünyanın nüfüzlu elmi-tədqiqat mərkəzləri ilə, beynəlxalq təşkilatlarla sıx əlaqələr yaradıb. Hazırda bu əlaqələr daha da genişlənərək xeyli zənginləşib.
Akkreditasiya Komissiyasının yekun qərarına görə, Azərbaycan Dövlət Dəniz Akademiyasının 5 illik fəaliyyəti “Dövlət Təhsil Standartları”nın tələblərinə uyğundur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Dəniz Akademiyası 1996-cı ildə yaradılıb və fəaliyyət göstərdiyi 20 il ərzində Təhsil Nazirliyinin akkreditasiyasından ilk dəfədir uğurla keçir.
ADDA-nın Mətbuat Xidməti