Hacı Babayev - 70

Hacı Babayev - 70 Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğuları” kafedrasının dosenti Hacı Babayevin 70 illik yubileyi qeyd olunub.
Hacı Mirzə oğlu Babayev 7 yanvar 1948-ci ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə 1966-cı ildə “Xəzərdənizneftdonanma” idarəsində motorçu şagirdi kimi başlayıb. Həmin idarədə böyük mexanik vəzifəsinə kimi yüksəlib. İstehsalatdan ayrılmadan Odessa Ali Mühəndislər Dənizçilik Məktəbini bitirib.
1978-ci ildə Bakı Dəniz Yolları Məktəbinin “Volodya Dubinin” tədris gəmisində kapitanın I köməkçisi vəzifəsində işləyib.
1980-1989-cu illərdə Xəzər Dəniz Gəmiçiliyinin partiya komitəsində təlimatçı vəzifəsində çalışıb.
1989-cu ildə Bakı Dəniz Yolları Məktəbində pedaqoji fəaliyyətə başlayıb, əvvəlcə siyasi, sonra isə təlim-tərbiyə işləri üzrə rəis müavini vəzifələrində işləyib.
1996-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının yaranması ilə əlaqədar Akademiyanın orta ixtisas təhsili şöbəsi rəisinin müavini təyin olunub.
1997-ci ildən “Gəmi energetik qurğuları” kafedrasında assistent, 2003-cü ildən baş müəllim, 2016-cı ildən isə dosent vəzifəsində çalışır.
24 dekabr 2014-cü il tarixində doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hacı Babayev 21 elmi məqalənin müəllifidir.
Pedaqoji fəaliyyəti ilə yanaşı 30 ildir Səbail rayonunun ictimai-siyasi həyatında fəal iştirak edir.
Hacı Babayevi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq.

"Tehsil-press.az"
İnformasiya Agentliyinin kollektivi


Hacı Babayev - 70Hacı Babayev - 70

Oxşar xəbərlər