Azərbaycanda prezident seçkilərini ölkə üzrə 1300-ə yaxın müşahidəçi izləyəcək

Azərbaycanda prezident seçkilərini ölkə üzrə 1300-ə yaxın müşahidəçi izləyəcək Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.
Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
M.Pənahov bildirib ki, hazırda MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 543 nəfərdir və bir sıra beynəlxalq müşahidçilərin sənədləri MSK-da baxılmaqdadır və oların sayının artacağı istisna edilmir.
M.Pəhanov bildirib ki, seçkiləri 51 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək. MSK sədri əlavə edib ki, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 52 ölkəni təmsil edirlər.
MSK sədri bildirib ki, dairə seçki komissiyalarına isə müşahidə aparmaq üçün 53900 nəfər müraciət edib. M.Pənahov vurğulayıb ki, müşahidə aparmaq üçün müraciət edən bütün insanlara müsbət cavab verilib.

Tehsil-press.az

Oxşar xəbərlər