“Tour de Azerbaijan” niyə keçirilməyəcək? - Əsl səbəb

“Tour de Azerbaijan” niyə keçirilməyəcək? - Əsl səbəb 2012-ci ildən başlayaraq hər il keçirilən “Tour de Azerbaijan" velosiped turu bu il baş tutmayacaq.
Bu barədə Azərbaycan Velosiped Federasiyanın mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “Facebook” hesabında paylaşım edib.
Onun sözlərinə görə, buna BMX üzrə dünya çempionatına hazırlıq səbəb olub. Bütün diqqətlər ora yönəldiyi üçün “Tour de Azerbaijan” diqqətdən kənarda qalıb.
Amma əldə etdiyimiz məlumat görə, yarışın baş tutmama səbəbi başqadır. Belə ki, maliyyə problemləri “Tour de Azerbaijan”ın təxirə salınmasına səbəb olub. Hər il yarışın sponsorluğunu edən “Synergy Group” bu il maddi problemlər üzündən yarışdan imtina edib.

Tehsil-press.az

Oxşar xəbərlər