Bu gün vəfat edən nazir müavini “Gün keçdi”də rol alıb - Video

Bu gün vəfat edən nazir müavini “Gün keçdi”də rol alıb - Video Xəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.
Tanınmış jurnalist Xaqani Səfəroğlunun mərhum məmurla bağlı paylaşdığı maraqlı məlumatı təqdim edir:
"Onu efirlərdə və canlı heç görmədim. Adını isə bir maraqlı tarixə görə yadda saxlamışam. Abbas müəllim 60-cı illərdə Azərbaycanda yaranan ilk rok qrupu olan “Eskulap”da gitara ifa edib.
Məşhur "Gün keçdi" filmindən fraqment.. Filmdə unudulmaz "Bir axşam taksidən.." mahnısının caz variantını 60-cı illərdə populyar olan "Eskulap" qrupu ifa edir.
Fotoda "Bitlz" qrupunun üzvlərinə oxşayan bu cazibədar bas -gitaraçı oğlan Abbas Vəlibəyovdur.
Allah rəhmət eləsin!"



Tehsil-press.az

Oxşar xəbərlər