Azərbaycanda məşhur olan aktrisa fanatını tutdurdu

Azərbaycanda məşhur olan aktrisa fanatını tutdurdu Aktrisa pərəstişkarının onu narahat etməsindən qorxub.

Azərbaycanda da sevilən və kifayət qədər tanınan məşhur türkiyəli aktrisa Hazal Kaya fanatını məhkəməyə verib. ANS PRESS-in məlumatına görə, aktrisanın Türkiyədə təhsil alan 27 yaşlı iranlı fanatı İsa Yazdan Kəriminin 3 illik həbsi tələb edilib.
"Ya Hazalım, ya ölüm".
Buna səbəb pərəstişkarının aktrisanı sosial şəbəkədə narahat etməsi və iş yerinə tez-tez hədiyyə göndərməsi olub. Hazal İstanbul Ailə Məhkəməsinə müraciət edərək təhlükəsizliyinin təmin edilməsi üçün ərizə yazıb. 1 ildir aktrisanı narahat edən şəxs tvitter səhifəsindəki mesajlarda və göndərdiyi güllərdə H.Kayaya "Ya Hazalım, ya ölüm", "Eşqim, həyat yoldaşım" tipli yazılar yazıb.
Polis tərəfindən saxlanılan İsa Yazdan şübhəli şəxs qismində ifadə verib. O, Hazal Kaya ilə evlənmək istədiyini söyləyib. Məhkəmə onun 3 il 6 ay həbs olunması barədə qərar çıxarıb.


"Aşkı Memnu" serialı Nihalın xına yaxdı səhnəsi
Aktrisa 2006-cı ildə "Acemi Cadı" və 2007-ci ildə "Genco" adlı seriallarda rol alıb. Lakin Hazal Kayanı məşhur edən "Aşk-ı Memnu" serialı oldu. Bu serial ərəb ölkələrində, həmçinin Azərbaycanda olduqca məşhur olub.
Gənc qız serialda canlandırdığı Nihal Ziyagil rolu ilə 2008-2010-cu illəri arasında tamaşaçıları ekran başına toplamağı bacarıb. Daha sonra aktrisa "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıdıb.
O, türk, ingilis, italyan dillərini bilir. Dördüncü dil olaraq alman dilini öyrənməyə başlayıb.


Tehsil-press.az

Oxşar xəbərlər