Paşinyan: Ermənistanın baş naziri olmağa hazıram

Paşinyan: Ermənistanın baş naziri olmağa hazıram Ermənistanın müxalifət lideri Nikol Paşinyan bəyan edib ki, baş nazir olmağa hazırdır.
Tehsil-press.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, Paşinyan brifinqdə bildirib:
"Əgər xalq üzərimə məsuliyyət qoydusa, mən baş nazir olmağa hazıram. Böyük ehtimalla bu belə də olacaq".
Müxalifət lideri həmçinin bəyan edib ki, Ermənistanın baş naziri "Respublika" partiyasının yox, xalqın təmsilçisi seçilməlidir.
Onun sözlərinə görə, artıq bu partiyanın erası bitib, onlar hakimiyyətdən əl çəkməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər