
Yazılarda, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması əleyhinə keçirilən etiraz aksiyalarında, müxalifətin Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham etdiyi qeyd olunur, aprelin 16-da parlament binasına doğru yürüş edən mitinq iştirakçıları ilə polis arasında toqquşmalar nəticəsində onlarla insanın xəsarət aldığı və aprelin 17-də müxalifət lideri Nikol Paşinyanın Ermənistanda “məxməri inqilabın” başlandığını bəyan etdiyi vurğulanır.
Həmçinin S.Sarkisyanın öz həmvətənlərinə uzun illərdən bəri 2018-ci ildə prezidentlik müddətini başa vurduqdan sonra bir daha öz namizədliyini nə dövlət başçısı, nə də baş nazir vəzifəsinə irəli sürməyəcəyinə dair verdiyi sözə də əməl etmədiyi bildirilir.
Tehsil-press.az