Səfər ərəfəsində məktəb kollektivi “Qardaş məktəblər” layihəsi çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrinin davamı olaraq, Kutaisi və Xaşuri şəhərlərində fəaliyyət göstərən musiqi məktəblərində də konsert proqramı ilə çıxış edib.
Xaşuridə keçirilən tədbirdə iştirak edən şəhər rəhbərliyinin nümayəndələri Vaza Subitidze, Lili Ruxadze, Liona Tatişvili və başqaları Xırdalan şəhər 11 illik musiqi məktəbinə gələcək işlərində uğurlar arzulayaraq, bu əlaqələrin çox mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti




