
Xəzər Tv xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin rəhbəri İsa Həbibəyli 2009-cu ildə Təhsil haqqında qanun qəbul olunarkən ölkədə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin zəif olduğunu bildirib. Amma indi şəbəkə genişləndiyi üçün məktəbəqədər təhsilin 1 yaşdan başlanılması qərara alınıb.
İsa Həbibəyli deyir ki, uşaqların 1 yaşından bağcaya verilməsi məcburi deyil. Məktəbəqədər təhsil haqqında qanuna görə, uşaqlarin məktəbəqədər müəssisələrə verilməsi konüllülük prinsipi əsasındadır.
Layihə Milli Məclisin plenar iclasında müzakirə ediləcək.
Tehsil-press.az