
Qonaqları salamlayan rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr, aparılan islahatlar, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətli nəticələr əldə edilməsi məqsədilə universitetə dəvət olunmuş ekspertlər haqqında məlumat verib. Yesenov Universitetinin rektoru Berik Axmetov göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi universitetin tarixindən və bugünkü fəaliyyətindən söz açaraq universitetlərində Azərbaycan mədəniyyəti və tarixi mərkəzinin fəaliyyəti haqqında məlumat verib.
Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə edilib, anlaşma memorandumu imzalanıb və xatirə şəkli çəkdirilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


