“Maşın”da yarışacaq məşhurların adları məlum oldu - Siyahı

“Maşın”da yarışacaq məşhurların adları məlum oldu - Siyahı ATV kanalında “Maşın” realiti-şousunun 16-cı sürəti start götürüb.
Xalq artisti Murad Dadaşovun “Xanımlar və Cənablar-2” adı altında təqdim etdiyi şouda 9 tanınmış kişi və 9 tanınmış qadın maşın uğrunda mübarizə aparacaq.
Siyahı belədir: Cavidan Novruz (aktyor), Mətanət Əliverdiyeva (aparıcı), Ələkbər Yasamallı (meyxanaçı), Günel Hümbətova (aparıcı), Firuzə Cəlilova (aparıcı), Azər Axşam (aparıcı), Aytən Səfərova (aparıcı), Məcid Hüseynov (aktyor), Hüseyn Əzizoğlu (video-bloqqer), İlhamə Bədəlova (aparıcı), Uran (reper), Rahidə Baxışova (müğənni), Əli Mirəliyev (müğənni), Rühəngiz Allahverdiyeva (müğənni), “Qurd” ləqəbli Fərid İmanov (reper), Pərvin Abıyeva (aktrisa), Abbas Bağırov (müğənni), Roza Zərgərli (müğənni).
Qeyd edək ki, şounun açılışını aparıcı Vüsalə Əlizadə edib.
Verilişdə türkiyəli aktrisa-model Müge Boz qonaq qismində iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər