Gədəbəydə ağır qəza - 2 ölü, 4 yaralı

Gədəbəydə ağır qəza - 2 ölü, 4 yaralı Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.
Hadisə rayonun Gərgər kəndində baş verib.
Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.
Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər