
Təşkilat dünyada fəaliyyətdə olan təxminən 26 min universitet haqqında araşdırma aparıb. Xəzər Universiteti dünyanın 2,7 faiz seçilmiş aparıcı universitetləri sırasına daxil edilib.
“QS” təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir. Bu meyarlar - akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır.
Xəzər Universiteti dünya universitetləri arasında beynəlxalq tələbələrin qəbuluna görə 388-ci, müəllim-tələbə nisbətinə görə 339-cu, xarici müəllimlərə görə isə 253-cü yeri tutub.
“QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar:
https://www.topuniversities.com/university-rankings/world-university-rankings/2018
Mətbuat və informasiya xidməti