Uşaq–gənclər inkişaf mərkəzlərinin hesabatları dinlənilib

Uşaq–gənclər inkişaf mərkəzlərinin hesabatları dinlənilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki uşaq-gənclər inkişaf mərkəzlərində hesabat tədbirləri keçirilib.
Qurumun tabeliyindəki 4, 5, 6, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərində təşkil olunan hesabat tədbirlərində BŞTİ müdirinin müavini Nərgiz Səfərova, idarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
Üç gün davam edən hesabat tədbirlərinin keçirilməsinin əsas məqsədi 2017-2018-ci tədris ilində görülən işləri ümumiləşdirərək nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək və keyfiyyətli dəyişikliklərə nail olmaq üçün uşaq-gənclər inkişaf mərkəzlərinin pedaqoji kollektivinin imkanlarını səfərbər etmək istedadlı şagirdləri aşkara çıxarmaqdır.
Hesabat tədbirlərində çıxış edən N.Səfərova mərkəzlərdə işin təşkili, istedadlı şagirdlərin aşkara çıxarılması, məktəbdənkənar təhsil müəssisələrində tədris prosesinin təkmilləşdirilməsi, şagirdlərin yaş xüsusiyyətləri, maraq dairəsi, meyil və bacarıqları nəzərə alınmaqla dərnəklərə cəlb edilməsi və maddi–texniki təchizat məsələləri barədə danışıb. Qeyd olunan məsələlərlə bağlı tövsiyələrini verib.
Tədbirlərdə çıxış edənlər Uşaq-Gənclər İnkişaf mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıb, qarşıdakı tədris ilinin daha səmərəli təşkili ilə bağlı müvafiq məsləhətlər veriblər.
Tədbirlərdə, həmçinin inkişaf mərkəzlərinin 2017-2018-ci tədris ilində gördüyü işlərdən bəhs edən videoçarxlar nümayiş olunub.

BŞTİ-nin Mətbuat Xidməti


Uşaq–gənclər inkişaf mərkəzlərinin hesabatları dinlənilib

Oxşar xəbərlər