Təhsil müəssisəsində sərgi keçirilib

Təhsil müəssisəsində sərgi keçirilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 114 nömrəli tam orta məktəbdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi təşkil edilib.
Bakı şəhəri 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Bənövşə Paşayevanın rəhbərliyi ilə təşkil olunan sərgidə 15 şagirdin əl işlərindən ibarət rəsmlərə baxış keçirilib.
Sərgidə məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və Uşaqların Beynəlxalq Müdafiəsi Gününə aid rəsmlər nümayiş etdiriblər.
Sonda şagirdlər məktəb rəhbərliyi və 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən diplom və təşəkkürnamə ilə mükafatlandırılıblar.

Təhsil müəssisəsində sərgi keçirilibTəhsil müəssisəsində sərgi keçirilib

Hüseyn Şərifov

Oxşar xəbərlər