
Tətil günlərində məktəblilər üçün maarifləndirici tədbirlər, “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyalar təşkil edilir. Fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalar qısa mühazirə və bir sıra yaradıcı oyunlardan ibarətdir.
Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə tarixi məkanlara ekskursiyalar da təşkil olunur. Məqsəd şagirdlərin asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaq, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirməkdir.
BŞTİ-nin tabeliyindəki uşaq-gənclər inkişaf mərkəzləri və idman məktəbləri tətil günlərində fəaliyyətlərini davam etdirir. Bu müəssisələrdə tətil günlərində məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.
Ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü noyabrın 21-də olacaq.
Tehsil-press.az