“Yay məktəbi”nin II mərhələsi

“Yay məktəbi”nin II mərhələsi Paytaxtda təşkil olunan “Yay məktəbi”nin ll mərhələsinə start verilib.
Avqust ayında “Yay məktəbi” VlI-VIII sinif şagirdləri üçün nəzərdə tutulur.
Qeyd edək ki, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli təşkili məqsədilə “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində paytaxt məktəblərinin V-VI sinif şagirdləri üçün iyulda reallaşdırılan “Yay məktəbi” başa çatıb.
Ödənişsiz qaydada VII-VIII sinif şagirdləri üçün təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 12 məktəbi əhatə edir.
“Yay məktəbi” zamanı 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.
“Yay məktəbi”nin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasından ibarətdir.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

Kəmalə Rəhimli

Oxşar xəbərlər