Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan yay məktəbinin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb.
Yay məktəbindəki boş yerlər üçün qeydiyyat iyulun 11-dən 20-dək aparılıb. Yeddinci və səkkizinci sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun soasil səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər.
Nəticələrə əsasən, ümumilikdə yay məktəbində avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan yay məktəbinin iyulun 3-də açılışı olub. Hazırda yay məktəbində V-VI sinif şagirdləri iştirak edirlər.

Təhsil-press.az

Oxşar xəbərlər