Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi

Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi İyulun 13-də “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start verilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Kapital Bank”ın əməkdaşları, millət vəkilləri, layihənin tərəfdaş qurumlarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.
Millət vəkilləri Hadı Rəcəbli, Vahid Əhmədov layihənin keçirilməsini yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıblar.
“Təhsil avtobusu” yay məktəbi layihəsi Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. Layihə çərçivəsində tanınmış ictimai şəxslərin iştirakı ilə ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün hər biri 2 gün olmaqla yay məktəbi təşkil olunacaq.
İyulun 21-dək davam edəcək layihə müddətində şagirdlər intellektual yarışlarda və fərdi inkişaf təlimlərində iştirak edəcək.
Layihə Təhsil Nazirliyi, Kapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiyasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, “Bir” Tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilir.
Layihənin rəsmi informasiya dəstəkçiləri Təhsil TV və Region TV-dir.
"Azərbaycan üçün öyrət" layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.


Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi

Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi

Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi

Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi

Tehsil-press.az

Oxşar xəbərlər