“Təhsil avtobusu–2018” yay məktəbi bu dəfə Şəkidə təşkil olunub

“Təhsil avtobusu–2018” yay məktəbi bu dəfə Şəkidə təşkil olunub “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu–2018” yay məktəbinin növbəti tədbiri Şəki şəhərində keçirilib.
Açılış mərasimində layihənin təşkilatçıları ilə yanaşı, Şəki Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəblilər iştirak ediblər.
Yay məktəbində “Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş”, "Sığorta” və “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
“Təhsil avtobusu–2018” yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır.
Yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak edirlər.
Növbəti yay məktəbi Qəbələ şəhərində keçiriləcək.
Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə reallaşdırılır.

Mətbuat Xidməti

Oxşar xəbərlər