DİN-dən gecəki güllələnmə ilə bağlı açıqlama - Saxlanıldı

DİN-dən gecəki güllələnmə ilə bağlı açıqlama - Saxlanıldı Daxili İşlər Nazirliyi ötən gecə Bakıda kafelərdən birində baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb.
İnsident zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Namiq Allahverdiyev ölüb, Elxan Kərimov isə xəstəxanaya yerləşdirilib.
Qətli törətməkdə şübhəli bilinən şəxsin Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub. H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər