Qarət üçün 74 yaşlı qadını qətlə yetirən tutulub

Qarət üçün 74 yaşlı qadını qətlə yetirən tutulub Masallı rayonunda 74 yaşlı qadını qətlə yetirən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Təhsil-press.az-a verilən məlumata görə, mayın 5-də Masallı rayonunun Ərkivan qəsəbəsində 74 yaşlı Gülgəz İsrafilovanın üzərində zorakılıq əlamətləri olan meyiti evində tapılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qarət məqsədi ilə qətli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Qurmanov tutulub.

Təhsil-press.az

Oxşar xəbərlər