Çində internet istifadəçilərinin sayı 800 milyonu ötüb

Çində internet istifadəçilərinin sayı 800 milyonu ötüb Çin İnformasiya İnternet Mərkəzinin hesabatına görə, bu ilin 6 ayı ərzində ölkədə internet istifadəçilərinin sayı 3,8 faiz (təxminən 30 milyon) artaraq 802 milyonu ötüb.
Məlumata görə, Çinin əhalisinin yalnız 58 faizinin internetə çıxış imkanı var. Onların əksəriyyəti (98 faiz və ya 788 milyon nəfər) mobil internetdən istifadə edir.
Noutbuk və ya kompüter üzərindən internetə çıxışı olan istifadəçilərin sayı 2017-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 1,3 faiz azalıb.
Həmçinin mobil ödənişlərdən istifadə edən insanların sayı (2017-ci ilin sonu ilə müqayisədə 6 faiz daha çox) artmaqda davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər