Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.
İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı aşağıda qeyd edilən linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Tehsil-press.az

Oxşar xəbərlər