Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TOEFL imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TOEFL imtahanı keçirəcək Noyabrın 26-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) TOEFL imtahanı keçirəcək.
TQDK-dan tehsil-press.az-a bildiriblər ki, komissiya “Educational Testing Service (ETS)” təşkilatı tərəfindən sertifikatlaşdırılmış administrativ test mərkəzi kimi təsdiq edilib. Bu imtahan ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. TOEFL iBT imtahanı vasitəsilə oxu, yazı, dinləmə və danışıq üzrə səriştələri tətbiqetmə dərəcəsi müəyyən edilir. Online şəkildə keçirilən TOEFL iBT imtahanı ingilisdilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır.
Noyabrın 26-da saat 08:00-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq imtahanda iştirak etmək istəyənlər 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.
İmtahan barədə TQDK-nın internet səhifəsindən ətraflı məlumat əldə etmək olar.

TQDK-nın Mətbuat Xidməti

Oxşar xəbərlər