Sənubər İsgəndərlinin səhhətində problem - “Səbəbi bilinmir”

Sənubər İsgəndərlinin səhhətində problem - “Səbəbi bilinmir” Bir müddət əvvəl üzündə yaranan problemlə bağlı gündəmə gələn əməkdar artist Sənubər İsgəndərli mövzu ilə bağlı ilk dəfə açıqlama verib.
Bir müddətdir gözündə problem yaranıb və həkimlər bunun çarəsini tapa bilmir: “Bir ildir ki, məlum səbəblərdən efirlərə çıxmıram. Seriallara isə çəkilmirəm, amma 3 filmdə rol almışam. Neçə ildir kinolara çəkilmirdim. Gözüm belə olandan sonra eynəklə filmlərdə rol alıram. Bəxtim indi açılıb. Gözümdəki problemin nədən qaynaqlandığını həkimlər tapa bilmir, səbəbi bilinmir. Müalicələrim davam edir, xeyli yaxşılaşıb. Gözüm ağrımır, mənə problem yaratmır. Görüntü olaraq biri böyüməyə başlayıb.
Heç nədən belə oldu. Xarici ölkələrdə olan həkimlərə də müraciət etmişəm. Ola bilsin ki, 6 ay müalicəm davam edəcək. Düzəlməsə, yəqin ki, əməliyyat olunacam. Gözümün belə olmasını plastik əməliyyatla əlaqələndirirlər. And içirəm ki, belə bir şey yoxdur. Dayandığım yerdə baş verən bir şeydir. Əksəriyyəti bunu əsəb və streslə bağlayır”.

Tehsil-press.az

Oxşar xəbərlər