İqtisadiyyat İnstitutunun 60 illik yubileyi qeyd olunacaq

İqtisadiyyat İnstitutunun 60 illik yubileyi qeyd olunacaq Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun yaranmasının 60 ili tamam olur. Bu münasibətlə oktyabrın 18-də AMEA-nın əsas binasında təntənəli iclas keçiriləcək.
İnstitutdan Tehsil-press.az-a bildirilib ki, iclasda AMEA rəhbərliyi ilə yanaşı, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəb rektorları, xarici ölkələrdən tanınmış iqtisadçı alimlərin iştirakları gözlənilir.
İclasda bir neçə xarici elmi mərkəzlə birgə tədqiqatların aparılması haqqında müqavilələrin imzalanması, gənc iqtisadçılar arasında keçirilmiş elmi məqalə müsa¬biqəsinin qaliblərinin mükafatlandırılması, Çin SEA İqtisadiyyat İnstitutu Elmi Şurasının səd¬ri, professor Pei Çanhunqa AMEA İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomunun təq¬dim edilməsi nəzərdə tutulur. Yubiley tədbirindən sonra “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq el¬mi konfrans keçiriləcək.
Tədbir çərçivəsində iclas iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcəklər. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər