
Bunu institutun elmi şurasının növbəti iclasında bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova söyləyib. Bildirilib ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, institut artıq reallaşdıracağı tədbirlər üzərində işləməkdədir.
Sonra “AMEA-nın xəbərləri” nəşrinin ictimai elmlər bölməsində dərc olunması nəzərdə tutulan məqalələr müzakirə edilib. İnstitutun tarixi etnoqrafiya şöbəsinin elmi işçisi Bahar Əmənovanın “Xalq Yazıçısı Əli Vəliyevin yaradıcılığında xalq oyunu və əyləncələrinin əksi” və tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun “Cənubi Qafqazda erkən kurqan mədəniyyəti dövrü. Paleoekoloji şərait” məqalələrinin “AMEA-nın xəbərləri” jurnalının ictimai elmlər bölməsində dərc edilməsi barədə qərar qəbul olunub
İclasda bir sıra elmi-təşkilatı və cari məsələlər müzakirə olunub.
Təhsil-press.az