Tələbələr coğrafi informasiya sistemləri barədə məlumatlandırılıb

Tələbələr coğrafi informasiya sistemləri barədə məlumatlandırılıb Azərbaycan Texniki Universitetində (AzTU) “İnfoTech” şirkəti tərəfindən “3D qrafika”sı və “Coğrafi informasiya sistemləri” mövzularında seminar keçirilib.
Hər iki mövzunun aktual olduğunu deyən prorektor İsa Xəlilov belə seminarların tələbələrin karyera qurmalarına töhfə verəcəyini vurğulayıb.
Daha sonra “İnfoTech” şirkətinin rəhbəri Tural Rəsulov və şirkətin coğrafi informasiya sistemləri üzrə mütəxəssisi Abbas Abbaszadə mövzular üzrə tələbələrə ətraflı məlumat verib və onların suallarını cavablandırıblar.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər