Tələbələr “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarına hazırlaşırlar

Tələbələr “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarına hazırlaşırlar Azərbaycan Texniki Universitetində (AzTU) “Bakı 2017” IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin nümayəndələri ilə görüş keçirilib.
Universitetin prorektoru, professor İsa Xəlilov idmana göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. Bu adı qoruyub saxlamaq hər bir vətəndaşın borcudur. AzTU-nun 400-dən çox tələbəsinin “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarının dinamik inkişafını təmin etmək üçün könüllü olaraq qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb.
Əməliyyat Komitəsinin nümayəndələri AzTU-nun tələbələrinin fəallığını qeyd ediblər. Nümayəndələr “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarına hazırlıqlar haqqında danışaraq bildiriblər ki, 16 məkanda keçiriləcək Olimpiadada 18 idman növü üzrə yarışlar təşkil olunacaq. Tələbə gənclər qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edəcəklər.
Sonda nümayəndələr tələbələrin suallarını cavablandırıblar.

AzTU-nun Mətbuat Xidməti


Tələbələr “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarına hazırlaşırlar

Oxşar xəbərlər