Klubun sədri İlahə Ələsgərli çıxış edərək “Debat” haqqında məlumat verib və burada müzakirə olunan aktual mövzularla gənclərin dünyagörüşünün artırılması və özünüdərketmənin gücləndirilməsini vurğulayıb.
Daha sonra klubda fəaliyyət göstərən gənclər çıxış edərək bildiriblər ki, klubda yığışmaqda əsas məqsəd tələbələrin həmfikir olaraq bir-birini yaxından tanıması, karyera qurmaq üçün fikir mübadiləsi aparması və vaxtlarının səmərəli keçirilməsidir. Görüşdə həmçinin, Bakı-Gəncə Debat Forumundan danışıldı və fraqmentlər nümayiş olundu.
Mətbuat və informasiya şöbəsi


