
E.Karvardin qeyd edib ki, inklüziv təhsil Azərbaycan üçün nisbətən yeni konsepsiyadır. Bu təhsil sistemi sinif şəraitində əlil uşaqların təhsil almaq imkanlarını genişləndirir, onların yüksək səviyyəli təhsil proqramlarına cəlbini artırır, stereotipləri aradan qaldırır: "Bu baxımdan inklüziv təhsil Azərbaycanın sosial-iqtisadi inkişafında gündəmdə dayanan məsələlərin həllinə öz töhfəsini vermiş olur. İnsan kapitalının inkişafı və əhalinin rifahının yüksəlməsi birbaşa olaraq, təhsillə əlaqədardır. UNISEF də bu təşəbbüsdə iştirak edir. Çox şadıq ki, Azərbaycan cəmiyyəti üçün inklüziv təhsil sisteminin qurulmasına öz töhfəmizi veririk. UNISEF böyük məmnuniyyətlə bu layihədə iştirak edir".
Ruhiyyə Daşsalahlı