“Naxçıvanda bayram və mərasimlər” monoqrafiyası işıq üzü görüb

“Naxçıvanda bayram və mərasimlər” monoqrafiyası işıq üzü görüb AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun həmmüəllifi olduğu “Naxçıvanda bayram və mərasimlər” adlı monoqrafiya işıq üzü görüb.
Vəsaitdə Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixi-etnoqrafik baxımından tədqiq edilib, Naxçıvan materialları əsasında mənəvi mədəniyyətin biri olan təqvim bayramları və onlarla bağlı adət, ənənə, inanc və mərasimlər kompleks şəkildə araşdırılıb. Naxçıvanda bu gün də qeyd olunan bayram və mərasimlərə yeni baxış ortaya qoyulub, onlar müasirlik prizmasından şərh olunub, yeni elmi mülahizələr irəli sürülüb.
Nəşrdə bölgədə ailə məişətlə, insanların təsərrüfat həyatı ilə, təqvimlə bağlı gerçəkləşdirilən ayin və mərasimlər, dini bayram və mərasimlərinin keçirilmə qaydası təhlil edilərək oxuculara çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər