Alman tələbələr Azərbaycanın qədim abidəsinin tədqiqatlarında iştirak etmək niyyətindədirlər

Alman tələbələr Azərbaycanın qədim abidəsinin tədqiqatlarında iştirak etmək niyyətindədirlər Almaniyanın Kristian Albreht adına Kil Universiteti tələbələri gələcəkdə Tovuz rayonu ərazisindəki Göytəpə neolit dövrü qədim yaşayış məskəninin tədqiqatlarında iştirak edə bilərlər.
İyulun 25-də Azərbaycanda səfərdə olan Almaniyanın Kristian Albreht adına Kil Universiteti (Christian Albrechts Universität zu Kiel) Tarixəqədərki arxeologiya (Prehistoric archaeology) bölümünün rəhbəri professor, doktor Yohan Müllerin (Johannes Müller) başçılığı altında bir qrup alman arxeoloqu Bakıya gəlib. Onlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İçəri Şəhərdəki Arxeologiya Muzeyində sərgilənən unikal arxeoloji eksponatlarla tanış olublar.
Almaniyalı arxeoloqlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Elmi ekspozisiya” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərliyi ilə Tovuz rayonu ərazisindəki Göytəpə neolit dövrü qədim yaşayış məskənində aparılan tədqiqatlarla tanış olduqlarını bildirdilər. Qonaqlar Kristian Albreht adına Kil Universiteti tələbələrənin gələcəkdə həmin abidənin tədqiqatlarında iştirakları və azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq niyyətlərini açıqlayıblar.

Təhsil-press.az

Oxşar xəbərlər