ADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib

ADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib.
clasda rektor Kamal Abdulla Məzunlar Assosiasiyasının yaradılması ideyasının hər kəs tərəfindən müsbət qarşılandığını qeyd edib. Rektor bu qurumun yaranmasının insanların bir-biri ilə ünsiyyət yaratmasına və birgə mühüm işlər görməsinə töhfə verəcəyini söyləyib. Rektor universitetdə həyata keçirilən layihələr, təşkil olunan konfranslar, tədbirlər haqqında məlumat verib. “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq konfransdan danışan rektor bölmə iclaslarının Çin, Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Portuqaliya və digər xarici ölkələrdə keçirildiyini xatırladıb.
Daha sonra təsis iclasının keçirilməsi ilə bağlı vacib məsələlər müzakirə olunub.
Qeyd edək ki, akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetin məzunlarından ibarət assosiasiyanın yaradılmasına dair işçi qrup yaradılıb. İşçi qrupun rəhbəri ADU-nun məzunu, iş adamı İlqar Kərimov təyin olunub.
Assosiasiyanın yaradılmasında əsas məqsəd universitet və məzunlar arasında əməkdaşlıq qurmaqdır. Həmçinin ADU-nun nüfuzunu məzunlar vasitəsilə Azərbaycanda və ölkə sərhədlərindən kənarda yüksəltməkdən ibarətdir. Bu, həm məzunlar, həm də tələbələr üçün faydalı olacaq.

ADU-nun Mtbuat Xidmti


ADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilibADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilibADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib

Oxşar xəbərlər