Azərbaycan Dillər Universitetinin müəllimi Çində ixtisasartırma kurslarında iştirak edib

Azərbaycan Dillər Universitetinin müəllimi Çində ixtisasartırma kurslarında iştirak edib Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillər kafedrasının müəllimi Könül Abbasova Pekin Dillər Universitetində xaricdə Çin dilinin yayılması üzrə Dövlət dəftərxanasının təşkilatçılığı ilə Çin dilini tədris edən xarici müəllimlərin ixtisasartırma kurslarında iştirak edib.
Çinin Konfutsi İnstitutunun əsas binasına ziyarətləri zamanı Könül Abbasova ADU-dakı Konfutsi İnstitutunun fəaliyyəti barəsində iştirakçılara məlumat verib. O, həmçinin ADU-nun nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasovun Azərbaycanda Çin dilinin inkişafı haqqında kitabını iştirakçılara hədiyyə edib.
Qeyd edək ki, kurslarda Rusiya, Polşa, Vyetnam, İsveçrə, Macarıstan və digər ölkə universitetlərinin təmsilçiləri də iştirak edib.


ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər