Gürcüstanın 411 vətəndaşı Avropadan deportasiya olundu

Gürcüstanın 411 vətəndaşı Avropadan deportasiya olundu Cari ilin avqust-noyabr aylarında 411 Gürcüstan vətəndaşı Avropa ölkələrindən deportasiya olunub.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstan vətəndaşları ən çox Almaniyadan (152 nəfər) deportasiya olunublar. Gürcüləri deportasiya edən ölkələr sırasında ikinci yerdə Avstriya (74 nəfər), üçüncü yerdə isə Fransa dayanır (70 nəfər).
Hesabat dövründə Avropa ölkələri 603 nəfər Gürcüstan vətəndaşına viza verməkdən imtina edib. Bu ölkələr sırasında İtaliya (158 nəfər) birinci, Almaniya ikinci (69 nəfər), Kipr Respublikası isə üçüncü yerdədir (69 nəfər).

Tehsil-press.az

Oxşar xəbərlər