Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb

Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb.
Ölkədə cinayətlərin artımı 13, xüsusilə ağır cinayətlər isə 30 faiz təşkil edib.
Ümumiyyətlə, 2018-ci ilin yanvar-noyabr aylarında 20 267 cinayət qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 17 898 olub.
Ötən il 209 xüsusilə ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 idi.
Bundan başqa, odlu silahlar və döyüş sursatları ilə törədilən cinayətlərin də sayı artıb.

Tehsil-press.az



Oxşar xəbərlər