Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlığa başlayır

Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlığa başlayır Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək.
Türkiyənin İstinye Universitetinin rektor köməkçisi Göksel Aşan, beynəlxalq proqramlar direktoru İsmail Çiftçi və İnsan Resursları Departamentinin direktoru Eda Usta Qərb Universitetində olublar. Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib və birgə mübadilə proqramlarının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Qeyd olunub ki, universitetlər arasında müəllim, tələbə və təcrübə mübadiləsi həyata keçiriləcək. Qərb Universitetinin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq elm və təhsil müəssisəsini əhatə edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində bakalavr və magistr kursları, müqavilələrin artikulyasiyası və inkişafı, “Erasmus+” və “Mövlanə”, tələbə mübadilə proqramları daxildir.

Təhsil-press.az

Oxşar xəbərlər