
Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir. Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı sözügedən ev isə uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.
Məsələ ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxlanılıb. Mətbuat Xidmətindən bildirilib ki, oğurluq, cinayət hadisəsidir. Ona görə də bu məsələ polis orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə telefon zənginə cavab vermədiyindən məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilmədik.
Günel Türksoy