Milli Teatr Günü münasibətilə “Sabah” qrupu tələbələri mükafatlandırılıb

Milli Teatr Günü münasibətilə “Sabah” qrupu tələbələri mükafatlandırılıb Milli Teatr Günü münasibətilə “Səda” Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupu Aktyor sənəti III kurs tələbələrinin ifasında M.F.Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası tamaşaçılara təqdim olunub.
Tamaşa kurs rəhbəri Əməkdar artist, rejissor Nofəl Vəliyev, Səhnə danışığı kafedrasının müəllimi, dosent Nadir Hüseynov və Dram teatrı və kino aktyoru kafedrasının müəllimi Ruslan İsmayılovun təşəbbüsü nəticəsində tələbələr ilə birgə hazırlanıb. “Səda” Tədris Teatrı Kino və televiziya fakültəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsi Rəssamlıq fakültəsinin tələbələrini teatrın fəaliyyətində yaxından iştirakına görə, YAP Gənclər Birliyi və “Elm çırağı” İctimai Birliyi “Sabah” qrupları III kurs Aktyor sənəti və Teatr sənəti fakültəsinin istedadlı tələbələrini aktyorluq məharətinə görə fəxri fərman və diplomlar ilə təltif ediblər. Tamaşanın sonunda Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tələbələri təbrik edib və gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

ADMİU-nun Mətbuat Xidməti


Milli Teatr Günü münasibətilə “Sabah” qrupu tələbələri mükafatlandırılıbMilli Teatr Günü münasibətilə “Sabah” qrupu tələbələri mükafatlandırılıbMilli Teatr Günü münasibətilə “Sabah” qrupu tələbələri mükafatlandırılıbMilli Teatr Günü münasibətilə “Sabah” qrupu tələbələri mükafatlandırılıbMilli Teatr Günü münasibətilə “Sabah” qrupu tələbələri mükafatlandırılıbMilli Teatr Günü münasibətilə “Sabah” qrupu tələbələri mükafatlandırılıb

Oxşar xəbərlər