
Tamaşaya “Elm çırağı” İctimai Birliyi və “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası”nın üzvləri, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası və Milli Aviasiya Akademiyasında təhsil alan tələbələr də dəvət olundular. Yaradıcı heyət tərəfindən böyük ruh yüksəkliyi, təbii və mahircəsinə ifa olunan tamaşa gənclərə böyük təsir bağışladı. Elm və sənət adamları, ziyalılar tamaşadan sonra yekdilliklə həmin heyətin repertuarının zənginləşdirilməsi və hazırlanan tamaşaların xarici ölkələrin müxtəlif səhnələrində də oynanılmasını tövsiyə etdilər.
ADMİU-nun Mətbuat Xidməti



