ADU-da Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir

ADU-da Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər davam edir. Universitetin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə baş tutan “Xocalı faciəsi –XX əsrin faciəsi” adlı tədbir də bu qəbildəndir.
Dəyirmi masada çıxış edən TEC-in sədri Lamiə Muğalova qeyd edib ki, qanlı olaydan 27 il ötməsinə baxmayaraq, indi də bu haqda danışmaq sarsıdıcı və ağrılı məsələdir. L.Muğalova ermənilər tərəfindən törədilən hadisəni misli görünməmiş dəhşətli faciə kimi xarakterizə edib. O, bildirib ki, Xocalı faciəsi zamanı əliyalın, dinc əhaliyə divan tutulub və bu terror aktı xalqımızın qan yaddaşına həkk olunub.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov universitetdə Xocalı soyqırımı ilə bağlı keçirilən silsilə tədbirlərin əsas məqsədinin gənc nəsildə faciə ilə bağlı dolğun təsəvvür yaratmaq, qanlı olayın reallıqları haqqında onlara məlumat vermək olduğunu bildirib.
Daha sonra universitet tələbələri və dəyirmi masada iştirak edən qonaqlar Xocalı soyqırımı ilə bağlı müxtəlif mövzularla çıxış ediblər.
* * * * * * *
Daha bir tədbir universitetin Filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə keçirilib. “Xocalı soyqırımını unutma!” adlı dəyirmi masada açılış nitqi ilə çıxış edən Filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən fil.f.d. Aygün Yusifova Azərbaycan xalqının hər il fevral ayının 26-nı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdiyini bildirib. O, əlavə edib ki, faciənin törədildiyi gün dinc əhalinin məruz qaldığı zorakılıq və vəhşilik, Xocalıda baş verən qətliam hər bir Azərbaycan vətəndaşının qəlbində qalır və bu, hec vaxt unudulmayacaq. A.Yusifova soyqırımı nəticəsində həyatını itirmiş soydaşlarımızla bağlı statistik məlumat verərək vurğulayıb ki, erməni quldurları qadın, uşaq, yaşlı demədən xalqımıza qarşı kütləvi qətllər törədiblər.
Digər çıxışçılar Xocalı soyqırımı haqqında tarixi faktlara əsaslanan məlumatlar veriblər, faciənin bəşəriyyətin üzləşdiyi ən qanlı soyqırımlardan olduğunu bildiriblər və soyqırımının qiymətləndirilməsi prosesindəki tarixi ədalətsizlikdən söz açıblar.

ADU-nun Mətbuat Xidməti


ADU-da Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilirADU-da Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilirADU-da Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilirADU-da Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilirADU-da Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir

Oxşar xəbərlər